1 yanvar 2024-cü ildən Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, fiziki şəxslərin manatla yerləşdirdikləri yeni depozitlərin faiz gəlirləri aşağıdakı qaydada 10% gəlir vergisindən azad edilir:
18 ay və daha uzun müddətə depozit yerləşdirildikdə faiz gəlirinin tam məbləği 3 il müddətinə vergidən azaddır;
18 aydan az müddətə depozit yerləşdirildikdə faizlər müddətin sonunda ödənilərsə, aylıq 200 manatadək faiz gəliri azaddır;
Digər bütün hallarda faiz gəlirindən 10% ödəmə mənbəyindən vergi tutulur. Bu, həm milli, həm də xarici valyutada olan faiz gəlirlərinə şamil edilir.
Digər bütün hallarda faiz gəlirindən 10% ödəmə mənbəyindən vergi tutulur. Bu, həm milli, həm də xarici valyutada olan faiz gəlirlərinə şamil edilir.